Azərbaycan çempionatı: 1422 qolçu, 28 bombardir

Azərbaycan çempionatı: 1422 qolçu, 28 bombardir Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.
Futbol
14 Avqust , 2019 12:11
Azərbaycan çempionatı: 1422 qolçu, 28 bombardir

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünə avqustun 16-da start veriləcək.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 8 komanda 28-ci ölkə çempionatının mükafatları uğrunda mübarizəyə başlayacaq. İndiyədək keçirilən 27 yarışda 1422 futbolçu qol vurmağı bacarıb.

28-ci çempionat ərəfəsində 28 ən yaxşı bombardiri təqdim edirik. Bura 60-dan çox qol vuranlar düşə bilib. Ən məhsuldar futbolçular cədvəlinə Nazim Əliyev başçılıq edir. O, 183 dəfə fərqlənib. Müşfiq Hüseynov 125, Rövşən Əhmədov 116 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, yalnız 10 futbolçu 100 qol səddini keçə bilib

yer futbolçu qol
1 Nazim Əliyev 183
2 Müşfiq Hüseynov 125
3 Rövşən Əhmədov 116
4-5 Qurban Qurbanov 115
Samir Ələkbərov 115
6 Alay Bəhramov 108
7 Nadir Nəbiyev 103
8-9 Xaqani Məmmədov 102
Vadim Vasilyev 102
10 Kənan Kərimov 101
11 Musa Qurbanov 94
12 Fazil Pərvərov 89
13 Samir Musayev 88
14-15 Fərrux İsmayılov 85
İmamyar Süleymanov 85
16 Samir Əliyev 84
17 İsmayıl Məmmədov 76
18 İlham Məmmədov 74
19 Azər İsayev 73
20 Paşa Əliyev 72
21 Badri Kvaratsxeliya 71
22 Zaur Ramazanov 70
23 Yunis Hüseynov 66
24-25 Vidadi Rzayev 65
Mahir Əliyev 65
26-28 Mahmud Qurbanov 61
Ramiz Məmmədov 61
Georgi Adamiya 61

Son xəbərlər

Orphus sistemi