Azərbaycandan ayrılan mütəxəssis ərəb ölkəsində işləyəcək

Azərbaycandan ayrılan mütəxəssis ərəb ölkəsində işləyəcək Azərbaycanda stadionların ot örtüyünə qulluq edən, bir müddət öncə isə ölkəmizdən ayrılan Fil Şarplesin yeni iş yeri müəyyənləşib.
Futbol
8 Oktyabr , 2020 17:24
Azərbaycandan ayrılan mütəxəssis ərəb ölkəsində işləyəcək

Azərbaycanda stadionların ot örtüyünə qulluq edən, bir müddət öncə isə ölkəmizdən ayrılan Fil Şarplesin yeni iş yeri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis özünün "Facebook" səhifəsində paylaşım edib.

O bildirib ki, bundan sonra Səudiyyə Ərəbistanında fəaliyyət göstərəcək: "Növbəti təyinat. Ər-Riyadda 5 ay. Səhrada ot yetişdirəcəyik".

Qeyd edək ki, Fil Şarples Azərbaycanda Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edib.

Son xəbərlər

Orphus sistemi