Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb Azərbaycan ağırlıqqaldıranı Elşad Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.
Futbol
23 Oktyabr , 2019 15:35
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Elşad Şərifov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa birinciliyində bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən yığma üzvü yaşı 23-ə qədər olan atletlərin mübarizəsində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb. Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.

Bunadək Səbinə Əzimova anoloji uğura imza atıb.

Qeyd edək ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. 

Son xəbərlər

Orphus sistemi