Azər Salahlı: "Əsas olan tilsimi qırmaq idi"

Azər Salahlı: "Əsas olan tilsimi qırmaq idi" "Yaxşı oyun və yaxşı qələbə oldu. Bunu azarkeşlərimizə həsr edirik. Digər matçlarda da yaxşı oynamışdıq. Sadəcə, imkanlardan istifadə edə bilməmişdik. Bu dəfə isə 3 xal qazandıq".
Futbol
13 İyun , 2022 22:05
Azər Salahlı: Əsas olan tilsimi qırmaq idi

"Yaxşı oyun və yaxşı qələbə oldu. Bunu azarkeşlərimizə həsr edirik. Digər matçlarda da yaxşı oynamışdıq. Sadəcə, imkanlardan istifadə edə bilməmişdik. Bu dəfə isə 3 xal qazandıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Sol cinah müdafiəçisi bütün oyunların çətin keçdiyini bildirib: "Epizodları dəyərləndirə bilsəydik, daha asan olardı. Bu gün meydana son oyunumuz kimi çıxdıq. Sevindirici haldır ki, sonda qələbə qazandıq. Əsas olan tilsimi qırmaq idi. Qarşıdakı matçlarda da qalib gəlmək istəyirik".

Son xəbərlər

Orphus sistemi