Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev futbol üzrə Çempionlar Liqasına təyinat alıb. "Report"un məlumatına görə, o, II təsnifat mərhələsində keçiriləcək APOEL (Kipr) - "Vardar" (Makedoniya) oyununu idarə edəcək.
Ə.Ağayevə Zeynal Zeynalov və Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, APOEL - "Vardar" qarşılaşması iyulun 14-də keçiriləcək.