Azarkeşlər Ronalduya görə "Yuventus"dan təzminat tələb edirlər

Azarkeşlər Ronalduya görə "Yuventus"dan təzminat tələb edirlər Cənubi Koreyadan olan bir qrup azarkeş İtaliyanın Yuventus klubundan təzminat tələb edirlər.
Futbol
502
31 İyul , 2019 15:15
Azarkeşlər Ronalduya görə Yuventusdan təzminat tələb edirlər

Cənubi Koreyadan olan bir qrup azarkeş İtaliyanın "Yuventus" klubundan təzminat tələb edirlər.

"Report" BBC-yə istinadən xəbər verir ki, buna səbəb Turin təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldunun bu ölkənin K-Liqasında çıxış edən futbolçulardan təşkil olunmuş komandası ilə yoldaşlıq görüşündə meydana çıxmamasıdır.

Fanatlar bunun üçün 50 milyon avro məbləğində təzminat istəyirlər. Daha öncə həmin matçın təşkilatçılarının da klubu eyni səbəbdən məhkəməyə verə biləcəyi bildirilib.

Qeyd edək ki, görüş 3:3 hesabı ilə yekunlaşıb. Qarşılaşmadan sonra Koreya Liqasının rəhbərliyi Ronaldu matçda iştirak etmədiyi üçün azarkeşlərdən üzr istəyib. 

Son xəbərlər

Orphus sistemi