Azarkeşlər Ronaldunu tənqid etdi: "Onu ehtiyat oyunçular skamyasına qoyun"

Azarkeşlər Ronaldunu tənqid etdi: "Onu ehtiyat oyunçular skamyasına qoyun" Pirlo Ronaldunun pis oynamadığını söyləyib
Futbol
26 Aprel , 2021 09:16
Azarkeşlər Ronaldunu tənqid etdi: Onu ehtiyat oyunçular skamyasına qoyun
Kriştianu Ronaldu

İtaliyanın "Yuventus" klubunun azarkeşləri ulduz futbolçu Kriştianu Ronaldunun oyununu tənqid ediblər.

"Report"un məlumatına görə, bir qrup fanat 36 yaşlı forvardın "Fiorentina" ilə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXIII tur matçındakı çıxışından narazı qalıb.

Onlar sosial şəbəkələrdə öz etirazlarını bildirərək, Ronaldunun ehtiyat oyunçular skamyasında olmasını istəyiblər.

Ronaldu A Seriyasındakı son 3 görüşdə qol vurmayıb. Portuqaliyalı oyunçu "Fiorentina" ilə qarşılaşmada 100 faizlik qol epizodunu boşa verib. Bu isə azarkeşlərin qəzəbinə səbəb olub. Hücumçu İtaliya çempionatındakı son qolunu aprelin 7-də vurub.

"Yuventus"un baş məşqçisi Andrea Pirlo mətbuat konfransında Ronaldunun pis oynamadığını söyləyib.

Qeyd edək ki. Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

Son xəbərlər

Orphus sistemi