​Azarkeşlər "Neftçi"nin oyununa pulsuz taksi ilə gedə biləcək

​Azarkeşlər "Neftçi"nin oyununa pulsuz taksi ilə gedə biləcək Bu, yalnız şəhərdaxili sifarişlərə aiddir
Futbol
6 İyul , 2016 12:41
​Azarkeşlər Neftçinin oyununa pulsuz taksi ilə gedə biləcək

Bakı. 6 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda keçiriləcək "Neftçi" - "Baltsan" (Malta) oyununu stadiondan izləmək istəyən azarkeşlər pulsuz taksi xidmətindən istifadə edə biləcəklər. 

"Report"un məlumatına görə, klubun ayırdığı müvafiq taksilərdən istifadə maksimal məbləği 10 manatdır.

Bundan başqa, klubun üzvlük kartının sahibləri də həmin xidmətdən yararlana biləcəklər.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Baltsan" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi