Azarkeşlər "Legiya"nın prezidentini təhqir edib

Azarkeşlər "Legiya"nın prezidentini təhqir edib Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı klub prezidenti Dariuş Mioduskini istefaya səsləyib
Futbol
14 Dekabr , 2021 13:58
Azarkeşlər Legiyanın prezidentini təhqir edib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı klub prezidenti Dariuş Mioduskini istefaya səsləyib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fanatlar gecə saatlarında Varşava təmsilçisinin stadionunun qarşısına toplaşıblar.

Tərəfdarlar Mioduski ilə bağlı nalayiq pankartlar açıblar.

Qeyd edək ki, azarkeşlər Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum ediblər. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi