Azarkeşlər "Barselona"nın baş məşqçisinə hücum ediblər

Azarkeşlər "Barselona"nın baş məşqçisinə hücum ediblər "Barselona" komandasının baş məşqçisi Ronald Kuman "Real Madrid"ə uduzduqları İspaniya La Liqasının X tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qalıb
Futbol
530
25 Oktyabr , 2021 09:31
Azarkeşlər Barselonanın baş məşqçisinə hücum ediblər
Ronald Kuman

"Barselona" komandasının baş məşqçisi Ronald Kuman "Real Madrid"ə uduzduqları İspaniya La Liqasının X tur oyunundan sonra azarkeşlərin hücumuna məruz qalıb.

"Report"un məlumatına görə, fanatlar stadiondan çıxarkən 58 yaşlı mütəxəssisin avtomobilinə hücum ediblər.

Tərəfdarlar onu mühasirəyə alıb və avtomobilini vurmağa başlayıblar. Azarkeşlər komandanın çıxışından narazı olduqlarını yüksək səslə bildiriblər.

Qeyd edək ki, "Barselona" El Klasikoda 1:2 hesabı ilə məğlub olub. Kataloniya təmsilçisi 9 oyundan 15 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi