Azarkeşlər 10 top buraxan komandanı qəhrəman kimi qarşıladılar - VİDEO

Azarkeşlər 10 top buraxan komandanı qəhrəman kimi qarşıladılar - VİDEO Rusiyanın Rostov klubunun azarkeşləri Premyer Liqanın XXIII turunda səfərdə Soçiyə 1:10 hesablı məğlubiyyətə baxmayaraq komandaları üçün qarşılanma mərasimi təşkil ediblər.
Futbol
20 İyun , 2020 11:47
Azarkeşlər 10 top buraxan komandanı qəhrəman kimi qarşıladılar - VİDEO

Rusiyanın "Rostov" klubunun azarkeşləri Premyer Liqanın XXIII turunda səfərdə "Soçi"yə 1:10 hesablı məğlubiyyətə baxmayaraq komandaları üçün qarşılanma mərasimi təşkil ediblər.

"Report"un məlumatına görə, yüzlərlə fanat gecə saatlarında "Olimp-2" stadionunun qarşısına toplaşaraq gənc futbolçulara dəstək olub. Klub bununla bağlı rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Qeyd edək ki, "Rostov"un 6 futbolçusunda koronavirus aşkarlandıqdan sonra komanda və məşqçilər heyəti 2 həftəlik karantinə alınıb. Klub rəhbərliyi "Soçi"dən matçın təxirə salınmasını xahiş etsə də, qarşı tərəf buna razılıq verməyib.

"Soçi" rəhbərliyinin bu addımı ölkədə birmənalı qarşılanmayıb. Məsələyə reaksiya verənlərdən biri də Rusiya millisinin və "Zenit"in sabiq yarımmüdafiəçisi Vladimir Bıstrov olub. 36 yaşlı veteran futbolçu "Matc TV"yə açıqlamasında oynamaq qərarı verənlərin ağıldan kəm olduqlarını bildirib: "Bu matçda gördüklərimizi futbol adlandırmaq olmaz. Bu, biabırçılıqdır. Ağır çəkili boksçuya qarşı yüngül çəkili birini rinqə buraxmaq mənasızdır. Çünki onun şansı yoxdur. Amma bu oğlanlara afərin düşür. Çünki belə vəziyyətdə bacardıqlarından daha çoxunu etdilər. Mənə elə gəlir ki, "Soçi"nin baş məşqçisi rəqibdən qorxurdu. Meydana 5 müdafiəçi ilə çıxmışdılar".

Son xəbərlər

Orphus sistemi