Rumıniya çempionatının oyununda qalmaqal baş verib

Rumıniya çempionatının oyununda qalmaqal baş verib Nəticədə hakim oyunu dayandırıb
Futbol
4 May , 2015 08:52
Rumıniya çempionatının oyununda qalmaqal baş verib

Bakı. 4 may. REPORT.AZ/ Futbol üzrə Rumıniya çempionatının 30-cu turunda Buxarestin "Dinamo" və "Styaua" komandaları arasında keçirilən görüşdə insident baş verib. "Report"un "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, azarkeşin meydana atdığı fayer qonaq komandanın qapıçısı Qyedrius Arlauskisin eşitmə qabiliyyətini itirməsinə səbəb olub. 

Hadisə matçın 46-cı dəqiqəsində baş verib. Fayer əlcək sahibinin qulağına yaxın məsafədən keçib və nəticədə qapıçının sağ qulağı kar olub. Bundan sonra hakim futbolçuları paltardəyişmə otağına göndərib. 20 dəqiqəlik fasilədən sonra komandalar meydana qayıdıb. Xəsarət alan qapıçı da geri dönərək oyunu davam etdirib. 

Qeyd edək ki, "Dinamo" və "Styaua" arasındakı görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi