AZAL klubu malili futbolçu ilə müqavilə imzalayıb

AZAL klubu malili futbolçu ilə müqavilə imzalayıb Futbolçunun adı Peşəkar Futbol Liqasına göndərilib
Futbol
2 Dekabr , 2016 09:21
AZAL klubu malili futbolçu ilə müqavilə imzalayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, "təyyarəçilər" malili yarımmüdafiəçi Sadio Tounkaranı heyətə cəlb edib.

Tərəflər sonradan daha 1 il artırıla bilməsi şərtilə 6 aylıq müqaviləyə imza atıblar.

Tibbi baxışdan keçən 24 yaşlı futbolçunun adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə Peşəkar Futbol Liqasına təqdim olunacaq.

Sonuncu dəfə Kiprin "Enosis" klubunun formasını geyinən Tounkara AZAL-da 8 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Sadio Tounkara vətənində "Janna Dark" və "Xəzər Lənkəran" klublarında çıxış edib.

İngilis versiyası AZAL PFC signs Malian player

Son xəbərlər

Orphus sistemi