AZAL futbol klubu daha bir legioneri ilə yollarını ayırıb

AZAL futbol klubu daha bir legioneri ilə yollarını ayırıb Qışda komandanı 6-7 futbolçu tərk edəcək
Futbol
21 Dekabr , 2016 11:47
AZAL futbol klubu daha bir legioneri ilə yollarını ayırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakının AZAL klubu iki futbolçusu ilə yollarını ayırır. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

O, bildirib ki, komandanın ABŞ-dan olan müdafiəçisi Adan Koronado ilə müqaviləyə qarşılıqlı şəkildə xitam veriləcək: "Adan şəxsi işlərinə görə göndərilməsini xahiş etdi. Biz də qarışlıqlı razılaşma əsasında müqaviləyə xitam verəcəyik. Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qəbələ" ilə cavab oyununda meydana çıxa bilər. Oyundan sonra isə yollarımız ayrılacaq".

Klub rəsmisi komandadan daha bir legionerin göndəriləcəyini söyləyib: "Çinli futbolçu Fok Braynla da yollarımızı ayırmışıq. Ümumilikdə 6-7 futbolçu AZAL-dan gedəcək".

Son xəbərlər

Orphus sistemi