AZAL-ın baş məşqçisi: "Futbolçulara maaş verə bilmiriksə, meydanın süni örtüyünü necə dəyişək?"

AZAL-ın baş məşqçisi: "Futbolçulara maaş verə bilmiriksə, meydanın süni örtüyünü necə dəyişək?" "Tounkaraya birinci epizodda niyə sarı vərəqə verildiyini bilmirəm"
Futbol
3 Fevral , 2017 17:23
AZAL-ın baş məşqçisi: Futbolçulara maaş verə bilmiriksə, meydanın süni örtüyünü necə dəyişək?

Bakı. 3 fevral. REPORT.AZ/ "Uduzsaq da, futbolçularıma təşəkkür edirəm. Çalışdıq ki, müdafiədə düzgü oynayaq, top buraxmayaq. Qarşıdakı oyunlara diqqət ayırmalıyıq".

"Report"un məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Yeni transferlərdən razı qaldınız?

- Frank Madunun 6 kq artıq çəkisi var. Arkadi Qalperin bu gün oynasa da, optimal formada deyil. O ki qaldı Omeqaya, bu gün onun çıxışından razı qaldım.

- Sadio Tounkaranın qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiz?

- Bu barədə danışmaq istəmirəm. Bununla bağlı sualı başqalarına ünvanlasanız yaxşıdır.

- Ancaq qəbul edirsiniz ki, bu epizod oyunun qırılma anı oldu?

- Bəli, bununla razıyam. Tounkaraya birinci epizodda niyə sarı vərəqə verildiyini bilmirəm. Ayağında iki dənə deşik var. O ki qaldı ikinciyə, verilibsə, bunu normal qarşılamalıyıq.

- Ancaq oyun zamanı “imkan verin, futbol oynayaq” deyə etiraz etdiniz...

- O, meydanda idi. Meydanda olan orda qalır.

- Meydanın örtüyü barədə nə deyə bilərsiniz?

- Gəlin, bu suala cavab verim və mətbuat konfransını yekunlaşdıraq. Biz oyunçulara əməkhaqqı verə bilmirksə, ot örtüyünü necə dəyişək?

Son xəbərlər

Orphus sistemi