​AZAL klubunun baş məşqçisi "Beşiktaş"ın bazasında təlim keçir

​AZAL klubunun baş məşqçisi "Beşiktaş"ın bazasında təlim keçir Tərlan Əhmədov “Beşiktaş” rəsmiləri ilə görüşüb
Futbol
26 Dekabr , 2014 23:11
​AZAL klubunun baş məşqçisi Beşiktaşın bazasında təlim keçir
Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədir.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdır.

Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə toplayacaq.

“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq məşqçimiz komandanın məşqlərində iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.

Səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşiktaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdır. Tərlan Əhmədov, həmçinin klubun infrastrukturu ilə də tanış olacaq.

Azərbaycanlı mütəxəssis artıq akademiyada görüşlərə başlayıb. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə T.Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib.

Son xəbərlər

Orphus sistemi