Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür və hər şey futbolçuların əlindədir" - VİDEO

Azad Rəhimov: "Qarabağ"ın şansları böyükdür və hər şey futbolçuların əlindədir" - VİDEO Gənclər və idman naziri Azad Rəhimov Qarabağ klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.
Futbol
192
3 Sentyabr , 2019 16:40
Azad Rəhimov: Qarabağın şansları böyükdür və hər şey futbolçuların əlindədir - VİDEO

Gənclər və idman naziri Azad Rəhimov "Qarabağ" klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.

A.Rəhimov "Report"un Türkiyə bürosuna eksklüziv açıqlamasında Azərbaycan təmsilçisinin imkanlarını yüksək qiymətləndirdiyini bildirib. Lakin onun fikrincə, belə bir nüfuzlu yarışda heç bir qrupa asan demək olmaz: "Hər bir qrupun lideri var. Sözsüz ki, İspaniya "Sevilya"sı çox güclü komandadır. "Qarabağ" Lüksemburq "Düdelanj"ı və Kipr APOEL-i ilə isə əvvəllər də görüşdüyü üçün onların oyununa bələddir. Təbii ki, şanslar həmişə var və böyükdür".

Nazir "Qarabağ"la müqayisədə Türkiyə təmsilçisi "Qalatasaray"ın Çempionlar Liqasında daha çətin qrupa düşdüyünü vurğulayıb: "İspaniyanın "Real Madrid" və Fransanın PSJ klubları ilə eyni qrupa düşdüyü üçün "Qalatasaray"ın oyunları daha ağır olacaq. Amma hər şey futbolçuların əlindədir".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında ilk oyununu sentyabrın 19-da Bakıda İspaniya "Sevilya"sına qarşı keçirəcək. 

Vüsalə Abbasova

Orphus sistemi