Azad Rəhimov: "Lans"a kömək etməyə hazırıq"

Azad Rəhimov: "Lans"a kömək etməyə hazırıq" Azad Rəhimov: "Fransa ilə münasibətlərimizə bulud da kölgə sala bilməz"
Futbol
5 Dekabr , 2014 12:28
Azad Rəhimov: Lansa kömək etməyə hazırıq

Bakı. 5 dekabr. REPORT.AZ/ Fransada səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Lans" futbol klubu ətrafında yaranmış müəmmalı durumla bağlı fikirlərini bölüşüb. "Report"un məlumatına görə, A.Rəhimov "L Equipe 21"ə açıqlamasında iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün "Lans"a kömək etməyə hazır olduqlarını bildirib.

Nazir bir neçə gün öncə klub prezidenti Jerve Martellə də bu barədə danışdıqlarını söyləyib: "Biz klub prezidenti Jerve Martelə vəd etdik ki, problemin həllində dəstək olmaq üçün bütün mümkün olanı edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz". 

Qeyd edək ki, "Lans" klubu azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsusdur. Lakin H.Məmmədov biznesindəki problemlərlə əlaqədar kluba lazımi dəstəyi verə bilmir.  

Son xəbərlər

Orphus sistemi