Ayxan Abbasov: "Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldır"

Ayxan Abbasov: "Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldır" Bu il Sumqayıtın 70 illik yubileyidir. Finala çıxmaq şəhər üçün hədiyyədir.
Futbol
1 May , 2019 23:16
Ayxan Abbasov: Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldır

"Bu il Sumqayıtın 70 illik yubileyidir. Finala çıxmaq şəhər üçün hədiyyədir".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, həyat sürprizlərlə doludur:

"Mövsümə "Zirə"də başlayanda kimsə desəydi ki, finala çıxacaqsan, özü də "Sumqayıt"la - heç vaxt inanmazdım. Bu gün 3 qol vuran Peyman Babayi zədəli idi. Həkimlər güclə yetişdirdilər. Sevindirici haldır ki, qollar vurdu. Bura gələndə mən də düşünmüşdüm ki, legionersiz komandada necə işləmək olar? Ancaq gördüm ki, komanda ruhu tam başqadır. Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldır".

Abbasov "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri final matçını lotereya kimi dəyərləndirib: "Çempionatda da iki finalımız var. Premyer Liqada sonuncu olmaq istəmirik. Mövsüm başa çatandan sonra rəhbərliklə fikir mübadiləsi aparacağıq. İndi avrokubok barədə danışmaq istəmirəm. Bura mənim üçün doğmadır. Baş məşqçi kimi ilk addımımı "Ziirə"də atmışam. "Sumqayıt"la da avrokubokda oynamaq istəyirəm".

Qeyd edək ki, ilk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" cavab görüşündəki səfər qolları sayəsində finala çıxıb.

Son xəbərlər

Orphus sistemi