Ayxan Abbasov: "Ümumən bərbad oynamadıq, bundan da pis oyunlarımız olub"

Ayxan Abbasov: "Ümumən bərbad oynamadıq, bundan da pis oyunlarımız olub" "Bəzi futbolçularımız həddindən artıq zəif çıxış etdilər"
Futbol
21 Oktyabr , 2017 20:34
Ayxan Abbasov: Ümumən bərbad oynamadıq, bundan da pis oyunlarımız olub
Ayxan Abbasov

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Gərgin oyun oldu. “Sumqayıt”ın evdə istəkli olduğunu bilirdik. Matçın başlanğıcı istədiyimiz kimi alındı, erkən qol vurduq. Lakin daha sonra səhvlərə yol verdik”.

"Report"un məlumatına görə, bunu “Zirə”in baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

36 yaşlı mütəxəssis bildirib ki, komandası ikinci qolu vura bilsəydi, hər şey başqa cür olardı:

“Zəif oyunlarımızdan biri oldu. Müdafiədə səhvlər etdik. Heyətdə müəyyən problemlər var. İndi ən çətin anlardır. Çalışacağıq ki, toparlanaq.

Qapıçınız Kamal Bayramovun əla qurtarışları olmasaydı, “Sumqayıt” daha böyük hesabla qələbə qazana bilərdi. Onu bundan sonra da əsas heyətdə oynadacaqsınız?

- Yenə də deyirəm, biz ikinci qolu vura bilsəydik, başqa cür olardı. Kamala gəlincə, ona ötən mövsümdə də şans verirdik. Hazırda Anar Nəzirovun ayaqlarında ağrılar var. Ona istirahət vermişdik. Rəqiblərdən asılı olaraq hər ikisini oynadacağıq.

Qabriel Matey əvəzlənən zaman buna etiraz etdi. Həmin an ona nə dediniz?

- Qabriel narazılıq edə bilər, futbolda belə şeylər olur. Lakin bunu aşkar etməməlidir. Ona bunu söylədim. Heç kimə fərq qoymuruq. O, cəzasını alacaq.

Bu gün “Zirə” ən bərbad oyunlarından birini keçirdi. Səbəb nədir?

- Ümumən bərbad oynamadıq. Bundan da pis oyunlarımız olub. Bəzi futbolçularımız həddindən artıq zəif çıxış etdilər. Açığı, mətbuat konfransında futbolçuları günahlandırmaq mənim tərzim deyil. Komanda şəklində uduzduq. İddialı klubda olduqları üçün üzərlərində təzyiq var. Buna öyrəşməyiblər. Bu oyunu unudub, “Qəbələ” ilə görüşü düşünməliyik.

Riçard Qadze və Təmkin Xəlilzadənin “Qarabağ”ın maraq dairəsində olduqları söylənilir. Təklif gəlsə, buraxacaqsınız?

- Futbolçularımıza iddialı klublardan təklif gələrsə, bu bizi sevindirər. Yayda Təmkindən danışan yox idi, indi milliyə dəvət alır. Ötən illə müqayisədə Qadzedə də fərq var. Bu rəhbərliyin işidir. Təklif gələrsə, baxarlar. Hər futbolçu “Qarabağ”da oynaya bilməz.

Xəlilzadə oynaya bilər?

- Niyə də oynamasın? Azərbaycanın ən perspektivli futbolçularından biridir. Amma “Qarabağ”ın işinə qarışa bilmərəm. Təmkin üzərində çox işləməlidir.

Son xəbərlər

Orphus sistemi