Ayxan Abbasov: "Sumqayıt" və "Neftçi"nin şansları bərabərdir"

Ayxan Abbasov: "Sumqayıt" və "Neftçi"nin şansları bərabərdir" Neftçinin gücü bəllidir, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridir.
Futbol
16 dekabr 2019 16:12
Ayxan Abbasov: Sumqayıt və Neftçinin şansları bərabərdir

"Neftçi"nin gücü bəllidir, geniş heyəti var. Biz də çalışdıq oyunu düzgün analiz edək. Hesabdan önəmli futbolçuların taktiki tapşırıqları yaxşı yerinə yetirmələridir".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.

38 yaşlı mütəxəssisin sözlərinə görə, cavab görüşü daha çətin olacaq: "Daha öncə də demişik: vuruşacağıq. Bütün oyunlarda var gücümüzü ortaya qoyacağıq. Bu gün əlimizdə olan futbolçular bizi qane edir. Hamısına inanırıq. Rəqib "Neftçi"dir. Rəqibin ehtiyatda qalan oyunçularını digər 7 komandanın baş məşqçiləri heyətlərində görmək istərdilər. Şansların bərabər olduğunu düşünürəm. Komandamızın gələcək üçün potensialı var. Səbrli olsaq, yaxşı yerlərdə ola bilərik".

Son xəbərlər

Orphus sistemi