Ayxan Abbasov: "Sumqayıt şəhərinə yubiley hədiyyəsi edə bildik"

Ayxan Abbasov: "Sumqayıt şəhərinə yubiley hədiyyəsi edə bildik" Şəhərimizin 70 illik yubileyi idi. Ona görə də qələbə hədiyyə edə bildik. Rəqib güclü olsa da, qalib gəldik.
Futbol
22 Noyabr , 2019 22:08
Ayxan Abbasov: Sumqayıt şəhərinə yubiley hədiyyəsi edə bildik

"Şəhərimizin 70 illik yubileyi idi. Ona görə də qələbə hədiyyə edə bildik. Rəqib güclü olsa da, qalib gəldik".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XII turunda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

38 yaşlı mütəxəssis qeyd edib ki, fasilədə futbolçulara onlardakı istəyi gördüyünü dediyini bildirib: "Biz təkcə bu günü düşünmürük. Gələcəkdə daha çətin olacaq. Fiziki cəhətdən Premyer Liqa klublarının bütün komandaları eyni səviyyədədir. Əsas psixoloji hazırlıqdır. İndi geri düşsək də, sona qədər mübarizə aparırlar. Bu da bizi sevindirir.

İlk yarıda bizdə aqressiya çatışmırdı. Rəqib topa sahib olmağı sevən komandadır. Bunu nəzərə almışdıq. İkinci yarıda taktiki dəyişiklik etdik və oxşar qollar vurduq. Peyman Babayidə perspektiv görüb dəvət etmişik. Bura gələndən çox dəyişib. Bu gün 5 qolla bombardirlər sırasında olması bizi sevindirir".

Son xəbərlər

Orphus sistemi