Ayxan Abbasov: "Riad Rəfiyevin futbolçusunu De Byaziyə məsləhət görməsində nə qəbahət var?"

Ayxan Abbasov: "Riad Rəfiyevin futbolçusunu De Byaziyə məsləhət görməsində nə qəbahət var?" " Mənə maraqlıdır, onlar kimə görə layiq deyil?"
Futbol
19 Aprel , 2021 16:19
Ayxan Abbasov: Riad Rəfiyevin futbolçusunu De Byaziyə məsləhət görməsində nə qəbahət var?
Ayxan Abbasov

"Hansısa futbolçumuzun milliyə layiq olmaması ilə bağlı fikirlər bir az ağır ittihamdır. Mənə maraqlıdır, onlar kimə görə layiq deyil"?

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt" klubunun baş Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində Azərbaycan millisinə dəvət alan bəzi futbolçularının tənqid olunmalarına münasibət bildirərkən deyib.

40 yaşlı mütəxəssis deyib ki, bu, yığmanın baş məşqçisi Canni De Byazinin qərarıdır: "Mənim də çox adamdan xoşu gəlmir. Deyim ki, o, milliyə layiq deyil? Burada cavabdeh insanlar var. Baş məşqçi dəvət göndərirsə, deməli, onlara inanır. Bu gün Rəhim Sadıxov, Xəyal Nəcəfov yığmada oynamağa layiq deyil? Kimi nəzərdə tuturlar? Bədəlovun adını çox çəkirlər. Halbuki sabit çıxış edir. Sual versəniz ki, çağırılmayan futbolçulardan millidə görmək istədikləriniz var? Əlbəttə, var. Elə oyunçular var ki, çıxışını bəyənirəm. Amma yığmanın baş məşqçisinin baxışı fərqlidir".

Abbasov bu məsələdə sırf "Sumqayıt"ın adının çəkilməsini düzgün hesab etmədiyini vurğulayıb: "Sumqayıt" çempionatın ilk dövrəsini lider kimi tamamlayanda De Byazi ölkəmizə yeni gəlmişdi. Bütün oyunlarımızı izləyirdi. Futbolçularla təkbətək söhbəti olurdu. Baş məşqçi onlara böyük ümid bəsləyir. Amma narazı qaldığı vaxtlar da olub. Çempionatda zəif çıxış etmişik, De Byazi bəzi futbolçularımıza şans verməyib. Onlar formaya düşəndə komandamız da qələbə qazanır. "Sumqayıt" da Azərbaycanın komandasıdır. Yalnız bizim klubun adını çəkmək düzgün deyil. Milliyə ora layiq olan futbolçular çağırılmalıdır".

Baş məşqçi "Sumqayıt"da çıxış edən futbolçuların milliyə klubun prezidenti Riad Rəfiyevin Canni De Byazi ilə münasibətinə görə çağırılması iddialarına da cavab verib. Abbasov bu cür söz-söhbətlərin onu narahat etmədiyini söyləyib: "Belə bir şey olsa, gərək, işləməyim. Bir yerdə nəticə olanda, komandaya bu cür vasitələrlə təsir etmək istəyirlər. Məsələn, bu gün Riad Rəfiyev öz futbolçusunu millinin baş məşqçisinə məsləhət görə bilər. Burada nə qəbahət var ki? Bu, o demək deyil ki, De Byazi oyunçunu onun sözü ilə yığmaya götürdü. Həmin futbolçu əsas heyətdə çıxış etməsə, yaxşı oynamasa, milliyə dəvət almaz. Riad Rəfiyevdən öncə, Kamran Quliyev "Sumqayıt"ın prezidenti olanda da bu komandadan yığmaya 5 futbolçu gedirdi. Deməli, onda da Kamran Quliyev xahiş edirdi? Əlaqəyə görə kənardan çox söz deyilir. Futbolun içində olanlar bilir ki, çoxu böhtandır. Ona görə belə şeylərə fikir vermək lazım deyil. Öz işimizi davam etdirməliyik".

Son xəbərlər

Orphus sistemi