Ayxan Abbasov: "Indi bəziləri rahat yata bilərlər"

Ayxan Abbasov: "Indi bəziləri rahat yata bilərlər" "Sabah böyük bayramdır. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların və Müzəffər Ordumuzun sayəsində bu qələbəni əldə etmişik. "Qarabağ"ı isə bugünkü qələbə və UEFA Konfrans Liqasında mərhələ adlamaları münasibətilə təbrik edirəm. Azarkeşlərimizə də təşəkkü
Futbol
7 Noyabr , 2021 22:10
Ayxan Abbasov: Indi bəziləri rahat yata bilərlər

"Sabah böyük bayramdır. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların və Müzəffər Ordumuzun sayəsində bu qələbəni əldə etmişik. "Qarabağ"ı isə bugünkü qələbə və UEFA Konfrans Liqasında mərhələ adlamaları münasibətilə təbrik edirəm. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis bildirib ki, oyuna bəzi itkilərlə çıxıblar. O, belə məğlubiyyətlərdən dərs çıxarmalarının gərəkliyini vurğulayıb: "Futbolçularıma dedim ki, ruhdan düşməsinlər. Qarşıdakı oyunlara hazırlaşmalı, xal qazanmağa çalışmalıyıq ki, rəqiblərdən geri qalmayaq. "Qarabağ" son aylar yüksək tempdə oynayır və qələbələr qazanır".

Abbasov gənc futbolçu Emil Əliyevə güvənmələrinin səbəbini də açıqlayıb: "Çempionata 5 stopperlə başlamışdıq. Onların bəziləri zədələndi, bəziləri hazırda toplanışdadır. Biz də əvəzedici heyətdəki futbolçuları nəzərdən keçirdik. Emilin "Qarabağ" kimi komandaya oynaması çətin sınaq idi. Orta xətdə də problemimiz var. Murad Xaçayev cəzalıdır. Böyük komandalar kimi olmaq bizim üçün çox çətindir. Bununla belə əzmkarlıq göstərdik. Əlimizdəki gənclərdən yararlanmağa çalışırıq".

Baş məşqçi "Qarabağ"ın ötən mövsümdən dərs çıxardığını və hazırda yaxşı heyətə malik olduğunu söyləyib: "Bu komanda ötən mövsümdəkindən daha yaxşıdır. Amma bu, o demək deyil ki, hər oyunda udmalıdırlar. Məncə, "Neftçi" yenə də "Qarabağ"la çempionluq mübarizəsi aparacaq".

Abbasov bəzi futbolçuların bu dəfə milliyə çağırılmamasına belə münasibət bildirib: "Mənim üçün sürpriz olmadı. Amma bəzi narahat şəxslər indi rahat yata bilərlər. Rəhim Sadıxova son oyunlar elə də şans verilmirdi. Hərə bir siyahı tərtib edə bilər. Baş məşqçinin verdiyi qərara nə deyim"?

O, Murad Xaçayevə verilmiş 5 oyunluq cəza ilə bağlı apellyasiyanın qəbul edilməməsinə isə bu cür reaksiya verib: "Baş məşqçilərin hakimlik barədə fikirlərini pis qəbul edirlər. Amma onları da başa düşmək lazımdır. Xaçayev son oyunlar yaxşı formada idi. Apellyasiya qəbul edilməyibsə, nə edək? Davam etməliyik".

Son xəbərlər

Orphus sistemi