Ayxan Abbasov: "Futbolçularıma əhsən düşür"

Ayxan Abbasov: "Futbolçularıma əhsən düşür" "Əlbəttə, son çempiona qarşı oyun öncəsi bir neçə son matçlarında yüksək tempdə oynadıqlarını görürdük. Buna hazır idik. Futbolçularıma əhsən düşür. Matça nəzarəti ələ keçirməyin çətin olacağını bilirdik və buna da nail olduq. Qapımız qarşısında təhlükəli
Futbol
5 Dekabr , 2021 18:12
Ayxan Abbasov: Futbolçularıma əhsən düşür
Ayxan Abbasov

"Əlbəttə, çempiona qarşı oyun öncəsi bir neçə son matçlarında yüksək tempdə oynadıqlarını görürdük. Buna hazır idik. Futbolçularıma əhsən düşür. Matça nəzarəti ələ keçirməyin çətin olacağını bilirdik və buna da nail olduq. Qapımız qarşısında təhlükəli vəziyyətə imkan vermədik. Öz qol imkanımız da oldu. İkinci hissənin əvvəlində Tellur Mütəllimov fərqlənə bilmədi".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, futbolçuları sonadək mübarizə apararaq, təslim olmayıblar. O, 1 xala sevindiklərini vurğulayıb: "Fərqli hissəyə hazırlaşmamışdıq. Birinci hissədə "Neftçi" çox sürətli hücumlar edirdi. Sürətli hücumlar azaldıqca bizim hücumlarımız artmağa başladı. Rəhim Hüseynovun da yaxşı və zəif çıxışları olur. Bu gün ola bilsin, çoxlu top itirdi. Amma önəmli futbolçularımızdandır".

Abbasov heyətlə bağlı problemlərlə əlaqədar rəhbərliklə müzakirənin aparıldığını söyləyib. O, yerli bazarda heç bir komandanın futbolçularını buraxmaq istəmədiyini xatırladıb: "Bəzi mövqelərdə itkilərimiz olsa, çox çətinlik çəkirik. Klubun da mövqeyi önəmli olacaq. Ola bilər ki, hazırkı gənclər üzərində dayanaq və mövsümün ikinci hissəsinə hazırlaşaq".

Son xəbərlər

Orphus sistemi