Ayxan Abbasov: "Bəzi "professorlar" deyir ki, "Çukariçki"ni keçməli idiniz"

Ayxan Abbasov: "Bəzi "professorlar" deyir ki, "Çukariçki"ni keçməli idiniz" "Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Fubol üçün darıxmışdıq. Azarkeşlərə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi fanatlardır".
Futbol
529
14 Avqust , 2021 22:54
Ayxan Abbasov: Bəzi professorlar deyir ki, Çukariçkini keçməli idiniz

"Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Fubol üçün darıxmışdıq. Azarkeşlərə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi fanatlardır".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, səfərdə qələbə ilə başlamaq önəmli idi: "Hər iki komandanın qol epizodları oldu. Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Matçın əvvəlində Aydın Bayramov rəqiblə toqquşub dizindən zədə aldı. Ümid edirəm ki, ciddi zədə deyil. Yolumuza davam edirik".

"Sumqayıt"ın ötən mövsüm ölkə kubokunun finalında "Keşlə"yə məğlubiyyətini xatırlayan Abbasov həmin gün rəqibin daha istəkli olduğunu söyləyib: "Keşlə"yə heç bir komponentdə uduzmadıq. Belə matçlarda bəzi futbolçular üzə çıxmalıdırlar. Rəqibin heyətində Sezar Meza Kolli kimi futbolçu var idi. Bizdə bu gün Rəhim Sadıxov bu funksiyanı icra edir. Bizdə Sadıxov, Əli Qurbani belə məqamlarda üzə çıxmağa başlayırlar".

Baş məşqçi heyət və transferlərlə bağlı məsəyələ də toxunub: "Bizdə hər mətbuat konfransında transferlə bağlı sual vermək dəb halını alıb. Ala bilsək alacağıq, ala bilməsək, bu oyunçularla yolumuza davam edəcəyik. İstərdim, desinlər ki, Ayxan müəllim, təbrik edirəm, Konfrans Liqasında 3 gənc oyunçu oynatdınız. Bəzi "professorlar" deyir ki, "Çukariçki"ni keçməli idiniz. Bizim də 11-12 legionerimiz olsaydı, o zaman nəsə demək olardı".

Abbasovun sözlərinə görə, komandada rəqabət olmasını xoşlayır: "Sabah tam başqa heyət ola bilər. Elvinin məşqdəki performansı bizi qane edirdi. Limit məsələsi də var. Limit də bizə sıxıntı yaratmır. Bizdə 2004-cü il təvəllüdlü futbolçu var. Belə şeyləri çempionatın əvvəlində düşünmək lazımdır. Biz də düşünmüşük".

O, "Sumqayıt" ötən mövsüm çempion olmalı idi" fikri ilə razılaşmadığını vurğulayıb: "Bu sualı iddialı klublara vermək olar. Bizi çempionluğa iddialı görürsüzsə, çox sağ olun. Heyəti qorumaqda məqsədimiz budur ki, futbolçular daha çox bir yerdə oynamalıdırlar. Çempionatımız çox çətindir. Heyət geniş olmalıdır. 1-3 məğlubiyyətlə deyə bilmərsən ki, komanda hazır deyil. Bizim məqsədimiz fərqlidir. Avropaya, güclü komandalara oyunçular vermək istəyirik. Xəyal Nəcəfovun "Neftçi"yə gedişi bizə pul qazandırdı. Həmin pulla işlər görüldü. Çempion olmaq üçün nələr-nələr lazımdır. Bəzi liqalarda sürpriz çempion olur. Məsələn, "Lids" kimi. Amma növbəti mövsüm görürsən ki, bu, çempionluq komanda deyil".

Abbasov adı "Qarabağ"la hallanan Sadıxova görə kluba təklif gəlmədiyini bildirib: "Onu satmaq fikrimiz yoxdur. Gərək elə təklif olsun ki, bizi fikrimizdən daşındıra bilsinlər".

Son xəbərlər

Orphus sistemi