Ayxan Abbasov: "Diqqətsizlikdən qollar buraxdıq"

Ayxan Abbasov: "Diqqətsizlikdən qollar buraxdıq" Rəqibi təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti güclüdür. Onlara qarşı səhv etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük.
Futbol
27 Oktyabr , 2019 19:52
Ayxan Abbasov: Diqqətsizlikdən qollar buraxdıq
Foto: "Report"

"Rəqibi təhlil etmişdik. Son vaxtlar yaxşı formada olduqlarını bilirdik. Ən çox da hücum xətti güclüdür. Onlara qarşı səhv etmək olmaz. İlk dəqiqələrdə qol vurduq, ancaq hissənin sonuna qədər hesabda geri düşdük. Diqqətsizlikdən qollar buraxdıq. Fasilədən sonra nəyisə dəyişmək istədik, ancaq yenə qapımızda toplar gördük".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"2:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, uğursuz oyunlar azarkeşlərə pis təsir edib: "Onları başa düşürəm və səbrli olmağı diləyirəm. Çalışacağıq ki, növbəti oyunlarda onları sevindirək".

Abbasov qış fasiləsinədək belə davam edəcəklərini söyləyib: "Çempionat ağır keçir. Növbəti oyunlara hazırlaşacağıq".

Son xəbərlər

Orphus sistemi