"Sumqayıt"ın baş məşqçisi: "Biz şahmat yox, futbol oynayırıq"

"Sumqayıt"ın baş məşqçisi: "Biz şahmat yox, futbol oynayırıq" Qələbə qazanmaq istəyirdik. Futbolçular da istəkli idilər. Qollar vursaq da, hər iki halda qələbəni qoruya bilmədik. Son dəqiqələrdə açıq futbol gedirdi. Hər iki komandanın qol imkanları oldu. Rəqib nəticəyə oynayan komandadır, 3-cü yerdə qərarlaşıb. Bundan sonra bizə çətin olacaq. Hər matçımız finala bərabər olacaq.
Futbol
176
29 Fevral , 2020 18:19
Sumqayıtın baş məşqçisi: Biz şahmat yox, futbol oynayırıq
Ayxan Abbasov

"Qələbə qazanmaq istəyirdik. Futbolçular da istəkli idilər. Qollar vursaq da, hər iki halda qələbəni qoruya bilmədik. Son dəqiqələrdə açıq futbol gedirdi. Hər iki komandanın qol imkanları oldu. Rəqib nəticəyə oynayan komandadır, 3-cü yerdə qərarlaşıb. Bundan sonra bizə çətin olacaq. Hər matçımız finala bərabər olacaq".

"Report"un məlumatına görə, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, qol epizodları baxımından nəticə ədalətlidir: "Bizim də, rəqibin də imkanları oldu. Maraqlı oyun getdi. Hər iki komanda qələbəyə layiq idi".

Abbasov Əmir Ağayevin ikinci hissədə meydana çıxmasının səbəbindən də danışıb. Onun sözlərinə görə, bu, sırf rəqibə görə olub: "Vüqar Mustafayevin qayıdışı bizi sevindirir. Özü də oyuna yaxşı köklənmişdi. Bu, sırf rəqibdən asılıdır".

Baş məşqçi buraxdıqları qollarda qapıçı Mehdi Cənnətovun səhvlərinin olması fikrinə isə belə reaksiya verib: "İkinci qolun epizoduna baxmaq lazımdır. Slavik Alxasovu o qədər boş buraxmaq lazım deyildi. Birinci qolda isə səhv oldu. Amma mən hansısa futbolçunun üzərinə diqqəti yönəltmək istəmirəm. Biz bu gün ümumən qələbəni əldən verdik".

Abbasov Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında "Sumqayıt"ın ən intizamsız komanda kimi göstərilməsində öz futbolçularının aqressiv oyununu səbəb kimi qeyd edib: "Biz şahmat yox, futbol oynayırıq. Bizdə sarı vərəqə çox ola bilər. Amma bu, intizamsızlıqla əlaqədar deyil. Futbolçulardan aqressiya istəyirik. Çoxlu vərəqə bizi üzür və futbolçulara diqqətli olmağı göstəriş veririk".

Son xəbərlər

Orphus sistemi