Ayxan Abbasov: “Arxayınlaşsaq, bunun cəzasını alacağıq”

Ayxan Abbasov: “Arxayınlaşsaq, bunun cəzasını alacağıq” Bakı. 16 dekabr. REPORT.AZ/ “Neftçi”nin gücü bəllidir. Bəli, bir neçə gün əvvəl çempionatda onlarla oynamağımız bizim xeyrimizə oldu. Baqali Dabo kimi oyunçuları da meydanda idi. Cavab oyununda da vuruşacağıq”.
Futbol
16 Dekabr , 2018 01:37
Ayxan Abbasov: “Arxayınlaşsaq, bunun cəzasını alacağıq”

Bakı. 16 dekabr. REPORT.AZ/ “Neftçi”nin gücü bəllidir. Bəli, bir neçə gün əvvəl çempionatda onlarla oynamağımız bizim xeyrimizə oldu. Baqali Dabo kimi oyunçuları da meydanda idi. Cavab oyununda da vuruşacağıq”.

“Report” xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Neftçi”ni səfərdə 2:0 hesabı ilə məğlub etdikəri matçdan sonra söyləyib.

Cavab matçında futbolçuları bu ab-havada saxlamaq çətin olmayacaq?

- Futbolçulara da paltardəyişmə otağında ilk bunu tövsiyə etdim. Təcrübəli oyunçularımız var. Bu ab-havanı onlar saxlayacaq. Arxayınlaşsaq, bunun cəzasını alacağıq. Çünki son illər göstərir ki, bu hesab elə də böyük fərq deyil. İki futbolçumuz zədə aldı. Onların yerini dolduracaq gənclərimiz var. Bu gün 1998-ci il təvəllüdlü futbolçular çıxış etdi. “Neftçi”ni keçə bilsək, bu, Sumqayıt futbolu üçün böyük uğur olar.

Ardıcıl 12 oyun qol vuran “Neftçi”nin hücumunu dayandırmağın sirri nədədir?

- Elə bir sirr yoxdur. Ustalıq cəhətdən rəqibdən geri qala bilərik. Ancaq əzmkarlıq göstərərək, qapının toxunulmazlığını qorumaq olar. Hətta bunun fonunda da rəqib qol vəziyyətləri yarada bildi. Cavab görüşündə də bu üstünlüyü qorumağa çalışacağıq.

Son xəbərlər

Orphus sistemi