"Ayntraxt"dan qovulan Renat Dadaşov qardaşının klubuna yollanıb

"Ayntraxt"dan qovulan Renat Dadaşov qardaşının klubuna yollanıb Azərbaycan millisinin üzvünə özünə klub tapması üçün icazə verilib
Futbol
1815
27 Mart , 2018 09:37
Ayntraxtdan qovulan Renat Dadaşov qardaşının klubuna yollanıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycan millisinin futblçusu Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubundan ayrılıb.

“Report” “Bild”ə istinadən xəbər verir ki, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsindədir. O, formasını qorumaq üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.

“Ayntarxt” milli üzvünə özünə klub tapması üçün icazə verib.

Qeyd edək ki, “Ayntarxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.

Orphus sistemi