Aykut Kocaman yenidən Türkiyə klubuna baş məşqçi təyin olunub

Aykut Kocaman yenidən Türkiyə klubuna baş məşqçi təyin olunub Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin Konyaspor klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
16 noyabr 2018 15:33
Aykut Kocaman yenidən Türkiyə klubuna baş məşqçi təyin olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, klubun Futbol şöbəsinin müdiri Selçuk Aksoy Aykut Kocamanla razılaşdıqlarını bildirib. 

Qeyd edək ki, Aykut Kocaman mövsümün sonunda "Fənərbağça"dakı postundan istefa verib. "Konyaspor" isə noyabrın 12-də Rıza Çalımbayla yollarını ayırıb.

Xatırladaq ki, Aykut Kocaman 2005-2006 mövsümündə və 2014-2017-ci illər aralığında "Konyaspor"un baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi