"Ayaks" Niderland Superkubokunun sahibi olub

"Ayaks" Niderland Superkubokunun sahibi olub Niderland Superkuboku matçında Ayaks PSV-ni 2:0 hesabı ilə məğlub edib.
Futbol
28 İyul , 2019 02:38
Ayaks Niderland Superkubokunun sahibi olub

Niderland Superkuboku matçında "Ayaks" PSV-ni 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, oyun Amsterdamın "Yohan Kruiff Arena" stadionunda baş tutub.

Qarşılaşmada hesab birinci dəqiqədə açılıb. Kasper Dolberq meydan sahiblərini hesabda irəli çıxarıb. Oyunun 53-cü dəqiqəsində Deyli Blind komandasının üstünlüyünü iki topa çatdırıb.

"Ayaks" cari mövsümdə ölkə çempionatı və Kubokunun qalibi olub.

Niderland Superkuboku. Final

"Ayaks" - "PSV Eyndhoven" - 2:0

Qollar: 1:0 – Dolberq – 1, 2:0 – Blind – 53

Son xəbərlər

Orphus sistemi