"Ayaks" klubu 36-cı dəfə Niderland çempionu olub

"Ayaks" klubu 36-cı dəfə Niderland çempionu olub Futbol üzrə Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Futbol
124
11 May , 2022 23:54
Ayaks klubu 36-cı dəfə Niderland çempionu olub

Futbol üzrə Niderland Erediviziyasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

"Report"un məlumatına görə, XXXIII turda evdə "Herenven"i 5:0 hesabı ilə darmadağın edən "Ayaks" vaxtından əvvəl qızıl medallara sahib çıxıb. Sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirən Amsterdam təmsilçisi ümumilikdə 36-cı dəfə bu titula yiyələnib.

Matça gəlincə, meydan sahiblərindən qolları Nikolas Talyafiko, Stiven Bergeys, Sebastyen Alle, Brayan Brobbi və Edson Alvares vurublar. Komanda bu qələbədən sonra xallarını 82-yə çatdırıb.

Qeyd edək ki, PSV (78 xal) gümüş, "Feyenoord" (71 xal) isə bürünc medalların sahibi olub.

Son xəbərlər

Orphus sistemi