"Ayaks"ın kapitanı evinin qarşısında hücuma məruz qalıb

"Ayaks"ın kapitanı evinin qarşısında hücuma məruz qalıb Futbol üzrə Serbiya millisinin və Niderland "Ayaks"ının kapitanı Duşan Tadiç naməlum şəxslərin hücumuna məruz qalib.
Futbol
10 Avqust , 2022 13:22
Ayaksın kapitanı evinin qarşısında hücuma məruz qalıb

Futbol üzrə Serbiya millisinin və Niderland "Ayaks"ının kapitanı Duşan Tadiç naməlum şəxslərin hücumuna məruz qalib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə 33 yaşlı yarımmüdafiəçinin evinin qarşısında baş verib.

Təcrübəli oyunçu avtomobilini park edərkən iki nəfərin onu izlədiyini görüb. Maşından düşdükdən sonra dərhal evə doğru qaçan yarımmüdafiəçi giriş qapısında tanımadığı şəxslərlə əlbəyaxa olub. Cinayətkarların əlindən xilas olan futbolçu yaxınlıqdakı hotellərdən birinə sığınıb.

Tadiç hadisə nəticəsində ciddi xəsarət almayıb. Məsələ ilə bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi