"Ayaks"ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb

"Ayaks"ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb
Futbol
546
8 Dekabr , 2021 10:47
Ayaksın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb
Sebastyan Alle

Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Forvard son olaraq evdə Portuqaliyanın "Sportinq" komandasına 4:2 hesabı ilə qalib gəldikləri VI tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edə ki, "Ayaks" C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.

Son xəbərlər

Orphus sistemi