"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib

"Ayaks"ın futbolçusu oyun zamanı huşunu itirib 20 yaşlı futbolçu süni koma vəziyyətinə salınıb
Futbol
9 İyul , 2017 01:58
Ayaksın futbolçusu oyun zamanı huşunu itirib
Foto: EPA

Bakı. 9 iyul. REPORT.AZ/ Hollandiyanın "Ayaks" klubunun futbolçusu Abdelhak Nuri Almaniya "Verder"i ilə yoldaşlıq matçı zamanı huşunu itirib və stadiondan vertolyotla təxliyyə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Hollandiya komandasının mətbuat xidməti məlumat yayıb.

Oyun şənbə günü Avstriyanın Hippax kommunasında keçirilib. Matçın ikinci hissəsində müdafiəçi mövqeyində çıxış edən 20 yaşlı Nuri huşunu itirərək yerə yıxılıb. On dəqiqə futbolçuya yardım göstərilib, daha sonra isə o, vertolyot vasitəsi ilə xəstəxanaya yerləşdirilib.

Görüş yarımçıq qalıb. Azarkeşlərdən stadionu tərk etmələri xahiş olunub. Futbolçunun huşunu itirməsinə ürək aritmiyası səbəb olub. Həkimlər onu süni koma vəziyyətinə salıblar. Hazırda Nurinin vəziyyəti sabitdir.

Nuri "Ayaks"ın yetirməsidir. O, komandanın heyətində ötən mövsüm 12 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi