"Ayaks" futbolçusunu Rusiya klubuna satdı

"Ayaks" futbolçusunu Rusiya klubuna satdı Niderlandın "Ayaks" klubunun futbolçusu Kvinsi Promes karyerasını Rusiyada davam etdirəcək
Futbol
24 Fevral , 2021 17:02
Ayaks futbolçusunu Rusiya klubuna satdı
Kvinsi Promes

Niderlandın "Ayaks" klubunun futbolçusu Kvinsi Promes karyerasını Rusiyada davam etdirəcək.

"Report" Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Moskva "Spartak"ına keçib.

Niderlandlı forvard yeni klubu ilə 3,5 illik müqavilə imzalayacaq. "Spartak" bu keçid üçün qarşı tərəfə 8,5 milyon avro ödəyəcək. Məbləğ bonuslarla birlikdə 11 milyon avroya çata bilər.

Qeyd edək ki, Kvinsi Promes 2019-cu ildən "Ayaks"da çıxış edirdi.

Son xəbərlər

Orphus sistemi