Türkiyə millisinin daha bir futbolçusu sıradan çıxdı

Türkiyə millisinin daha bir futbolçusu sıradan çıxdı Futbol üzrə Türkiyə milli komandası AVRO-2020 ərəfəsində növbəti itki ilə üzləşib.
Futbol
341
4 Mart , 2020 18:06
Türkiyə millisinin daha bir futbolçusu sıradan çıxdı

Futbol üzrə Türkiyə milli komandası AVRO-2020 ərəfəsində növbəti itki ilə üzləşib.

"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ay-ulduzlular"ın müdafiəçisi Ozan Kabak sıradan çıxıb.

Almaniyanın "Şalke" klubunun formasını geyinən 20 yaşlı oyunçu Bundesliqanın XXIV turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Bu gün tibbi müayinədən keçən futbolçunun təqribən 9 - 12 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Türkiyə millisinin heyətində Ozan Kabakdan əvvəl Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxıb.

Qeyd edək ki, Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. AVRO-2020-nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi