Avtandil Asatiani: "Azərbaycan millisi ilə tarixi oyuna hazırıq"

Avtandil Asatiani: "Azərbaycan millisi ilə tarixi oyuna hazırıq" "İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".
Futbol
21 Yanvar , 2022 19:18
Avtandil Asatiani: Azərbaycan millisi ilə tarixi oyuna hazırıq

"İlk gündə taktiki hazırlığa, xüsusən də standart vəziyyətlərə çox vaxt sərf etdik".

"Report"un məlumatına görə, bunu futzal üzrə Gürcüstan millisinin baş məşqçisi Avtandil Asatiani Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri D qrupunun ilk tur matçı barədə yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis ilk dəfə vəsiqə qazandıqları turnirdə tarixi oyuna hazır olduqlarını bildirib: "Necə hazırlaşmışıqsa, elə də nəticə qazanacağıq. Uşaqlar bizi necə vacib görüşün gözlədiyini anlayırlar".

Asatianinin sözlərinə görə, ilk oyunlar hər zaman böyük əhəmiyyət kəsb edir: "Sabah bir daha belə oyunlar üçün nəzərdə tutduğumuz taktiki tapşırıqlar üzərində işləyəcəyik. Hesab edirəm ki, biz yanvarın 22-sini simvolik tarixə çevirməyə hazırıq".

Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə 17:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi