Avstriya - Azərbaycan oyununun hakimləri bəlli olub

Avstriya - Azərbaycan oyununun hakimləri bəlli olub 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.
Futbol
4 Sentyabr , 2021 12:35
Avstriya - Azərbaycan oyununun hakimləri bəlli olub
Amin Kurheliyə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Amin Kurheliyə Yuri Xomçenko və Viktor Xetskov köməklik göstərəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi