Avstraliyada Birlik Oyunlarında iştirak edən Kamerun yığmasının 8 idmançısı düşərgədən qaçıb

Avstraliyada Birlik Oyunlarında iştirak edən Kamerun yığmasının 8 idmançısı düşərgədən qaçıb Bakı. 11 aprel. REPORT.AZ/ Avstraliyanın Qold-Koste şəhərində keçirilən Birlik Oyunlarında Kamerun yığmasının 8 idmançısı yoxa çıxıb.
Futbol
11 Aprel , 2018 15:53
Avstraliyada Birlik Oyunlarında iştirak edən Kamerun yığmasının 8 idmançısı düşərgədən qaçıb

Bakı. 11 aprel. REPORT.AZ/ Avstraliyanın Qold-Koste şəhərində keçirilən Birlik Oyunlarında Kamerun yığmasının 8 idmançısı yoxa çıxıb.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Afrika ölkəsinin rəsmiləri atletlərin düşərgədən qaçdıqlarını təxmin edirlər. Rəsmi açıqlamada Kamerun yığmasının Oyunlarda iştirak etmək üçün Avstraliyaya gələn 24 idmançısından 8-nin itdiyi bildirilir.

Onlardan 3-ü aprelin 8-də, 2-si isə ertəsi gün yığmanın düşərgəsini tərk edib. Aprelin 10-da isə daha 3 atlet öz otağına qayıtmayıb.

“Bu durum bizi məyus edir və pis vəziyyətdə qoyur”, - yığmanın mətbuat katibi Saymon Molombe söyləyib.

İdmançıların Avstraliya ərazisində hərəkət etmələri üçün verilən vizanın müddəti mayın 15-də başa çatır. Aprelin 15-də yekun vurulacaq Birlik Oyunlarında 36 ölkə iştirak edir.

Son xəbərlər

Orphus sistemi