Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib

Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib Bakı. 15 noyabr. REPORT.AZ/ Avropanın ən yüksək yaş ortalamasına sahib olan futbol liqaları müəyyənləşib.
Futbol
15 noyabr 2018 13:10
Avropanın yaş ortalamasına görə ən yaşlı futbol liqası və klubu müəyyənləşib

Bakı. 15 noyabr. REPORT.AZ/ Avropanın ən yüksək yaş ortalamasına sahib olan futbol liqaları müəyyənləşib. 

"Report"un məlumatına görə, bu barədə İsveçrənin “CIES Football Observatory” şirkətinin hesabatında bildirilir.

Açıqlamada deyilir ki, Türkiyə Super Liqası 28,98 yaş ortalaması ilə qitənin ən yaşlı liqası seçilib. İkinci pillədə Kipr (28,38), üçüncü yerdə isə Rusiya Premyer Liqası (27,99) qərarlaşıb. 

Ən gənc liqa isə Xorvatiya çempionatı seçilib. Burada yaş ortalaması 24.64-ə bərəbərdir.

Klublarda da ən yaşlı komanda Türkiyə təmsilçisi olub. "Beşiktaş" bu göstəricidə 31.24 yaş ortalaması ilə Avropanın ən yaşlı futbol komandası olub. 

Qeyd edək ki, araşdırmalar UEFA-ya üzv olan 55 ölkənin 31-də aparılıb. Azərbaycan Premyer Liqası bu siyahıya düşməyib. 

Son xəbərlər

Orphus sistemi