Bakı. 24 avqust. REPORT.AZ/ Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı 2016/2017-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb.
“Report” xəbər verir ki, qalib olmaq uğrunda 3 oyunçu - “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştianu Ronaldu mübarizə aparıb.
Səsvermənin yekununa əsasən, K.Ronaldo qalib elan olunub.
2015/2016-cı illər mövsümündə də Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldu seçilib.