Avropanın ən yaxşı 10 komandası açıqlandı

Avropanın ən yaxşı 10 komandası açıqlandı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin ən yaxşı komandalarını açıqlayıb
Futbol
19 Mart , 2021 09:55
Avropanın ən yaxşı 10 komandası açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandalarının adlarını açıqlayıb.

"Report"un məlumatına görə, araşdırma 2011 - 2020-ci illəri əhatə edib.

Siyahının ilk pilləsində 2877 xalla İspaniya "Barselona"sı qərarlaşıb. Ölkənin digər nəgəng klubu "Real Madrid" 2782 xalla ikinci olub. İlk "3-lüy"ü 2594,5 xalla Almaniya "Bavariya"sı qapayıb.

Növbəti sıralarda Fransa PSJ-si (2354), İspaniyanın "Atletiko" (Madrid) komandası (2302), İtaliya "Yuventus"u (2272) yer alıb.

Son "4-lük"də isə İngiltərə klublarıdır. "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xalı olan "Arsenal" 10-cudur.

Son xəbərlər

Orphus sistemi