Avropanın daha iki ölkəsi çempionat tarixlərini açıqladı

Avropanın daha iki ölkəsi çempionat tarixlərini açıqladı Futbol üzrə Norveç liqasının başlama vaxtı açıqlanıb.
Futbol
8 May , 2020 10:03
Avropanın daha iki ölkəsi çempionat tarixlərini açıqladı

Futbol üzrə Norveç liqasının başlama vaxtı açıqlanıb. 

"Report"un məlumatına görə, "yaz-payız" sistemi ilə keçirilən çempionat iyunun 16-da start götürəcək. Aprelin 4-də başlamalı olan yeni mövsüm koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. 

Bolqarıstan Futbol İttifaqı isə yerli çempionatın iyunun 5-də bərpa olunacağını bildirib. Martın ortalarında dayandırılan yarışda XXV turun oyunları olacaq. 

Qeyd edək ki, dünyanın əksər ölkələrində çempionatlar koronavirusa görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi