Avropanın daha bir ölkəsində çempionat ləğv olundu

Avropanın daha bir ölkəsində çempionat ləğv olundu Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.
Futbol
373
15 May , 2020 20:52
Avropanın daha bir ölkəsində çempionat ləğv olundu

Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.

"Report"un yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı qərar klubların nümayəndələri ilə bugünkü iclasda qəbul edilib.

Qərara əsasən, çempion və kubokun qalibi elan olunmayıb. Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. 43 xalla ilk pillədə yer alan "Omoniya" Kipri Çempionlar Liqasında, "Anortosis", APOEL və "Apollon" isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, Avropada daha əvvəl Niderland, Belçika və Fransa çempionatlarında cari mövsüm ləğv olunub.

Son xəbərlər

Orphus sistemi