Avropanın aparıcı klubları yeni turnir yaratmaq istəyir

Avropanın aparıcı klubları yeni turnir yaratmaq istəyir İngiltərənin "Mançester Yuneyted" və "Liverpul" komandaları Avropa Premyer Liqasına qoşulmaq üçün FIFA-ya müraciət edib.
Futbol
1117
20 Oktyabr , 2020 19:10
Avropanın aparıcı klubları yeni turnir yaratmaq istəyir

İngiltərənin "Mançester Yuneyted" və "Liverpul" komandaları Avropa Premyer Liqasına qoşulmaq üçün FIFA-ya müraciət edib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, Avropanın nəhəng klubları ümumi büdcəsi 6 milyard ABŞ dolları olan turnir təşkil etmək niyyətindədir.

İspaniyanın "Real Madrid", "Barselona", "Atletiko", İtaliyanın "Yuventus" və Fransanın PSJ klubları yarışa qatılmaq istəyənlər sırasındadır.

FIFA-nın dəstəyi ilə keçiriləcək Avropa Premyer Liqası 2022-ci ildə başlaya bilər. Turnirdə 16 və ya 18 komandanın iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi