Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı

Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.
Futbol
18 May , 2020 21:01
Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.

"Report"un yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək.

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub.

Qeyd edək ki, Yunanıstan Superliqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk "6-lıq"da qərarlaşan komandalar - "Olimpiakos", PAOK, AEK, "Panatinaikos", "Aris" və OFİ pley-offda mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi