DÇ-2018: Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək

DÇ-2018: Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək A, B və H qruplarında 9 qarşılaşma oynanılacaq
Futbol
124
7 Oktyabr , 2017 07:09
DÇ-2018: Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılacaq.

A qrupunda yer alan Fransa millisi Bolqarıstanın qonağı olacaq. İsveç Lüksemburqu qəbul edəcəksə, Hollandiya Belarusun qonağı olacaq. İsveç uduzsa və Hollandiya xal itirsə, Fransa səfər qələbəsi sayəsində DÇ-2018-in final mərhələsinə birbaşa vəsiqə qazanacaq.

B qrupunda Portuqaliyanın səfərdə Andorra ilə görüşdə xal itirəcəyi inandırıcı görünmür. Bu səbəbdən hətta İsveçrə Macarıstanı yensə belə, qrup liderliyinin taleyi son turda həll olunacaq. Bu, Portuqaliya - İsveçrə görüşünə təsadüf edəcək.

H qrupunda isə Belçika artıq qrup qalibi kimi final mərhələsində iştirak hüququna yiyələnib. Bu komanda "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də yer aldığı Bosniya və Herseqovina millisinin qonağı olacaq. Meydan sahibləri qalib gəlsələr və Yunanıstan Kiprlə səfər oyununda xal itirsə, "pley-off"a vəsiqənin sahibi də müəyyənləşəcək. Bu, Bosniya və Herseqovina olacaq.

DÇ-2018

Seçmə qrup mərhələsi, IX tur

7 oktyabr

A qrupu

20:00. İsveç - Lüksemburq

22:45. Bolqarıstan - Fransa

22:45. Belarus - Hollandiya

Xal durumu: Fransa - 17, İsveç - 16, Hollandiya - 13, Bolqarıstan - 12, Lüksemburq - 5, Belarus - 5

B qrupu

20:00. Farer adaları - Latviya

22:45. İsveçrə - Macarıstan

22:45. Andorra - Portuqaliya

Xal durumu: İsveçrə - 24, Portuqaliya - 21, Macarıstan - 10, Farer adaları - 8, Andorra - 4, Latviya - 3.

H qrupu

20:00. Bosniya və Herseqovina - Belçika

20:00. Cəbəllütariq - Estoniya

22:45. Kipr - Yunanıstan

Xal durumu: Belçika - 22, Bosniya və Herseqovina - 14, Yunanıstan - 13, Kipr - 10, Estoniya - 8, Cəbəllütariq - 0.

Son xəbərlər

Orphus sistemi