Avropa ölkəsində azarkeşlərin stadiona girişinə icazə verildi - RƏSMİ

Avropa ölkəsində azarkeşlərin stadiona girişinə icazə verildi - RƏSMİ Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər.
Futbol
28 May , 2020 16:45
Avropa ölkəsində azarkeşlərin stadiona girişinə icazə verildi - RƏSMİ
0 : 00
0 : 00

Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər. 

"Report" Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fanatlar müəyyən olunmuş qaydalara əsasən tribunalarda yer alacaqlar. 

Hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar qərar verəcək. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub. 

Son xəbərlər

Orphus sistemi